Şirkətimiz beynəlxalq yükdaşımalar sahəsinə yüksək xidmət və müştəri məmnuniyyəti gətirmək məqsədilə 2017-ci ildə Azərbaycan Respublikasında qurulmuşdur. Bildiririk ki, standart və ya qeyri-standart yüklərin ölkədaxili və ya beynəlxalq daşınmasının təşkili ilə yanaşı gömrük rəsmiləşdirilməsi, müvafiq sənədlərin tərtib edilməsi, sənədləşmə işləri (Ələt limanı), o cümlədən iriqabaritli və ağırçəkili yüklər üçün xüsusi icazə sənədinin alınması üzrə də fəaliyyət göstəririk.
Narchin Ports and Terminals MMC şirkəti tərəfindən bir sıra ölkələrin (Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan və.s) aparıcı yükdaşıma şirkətləri ilə uzunmüddətli əməkdaşlığın təşkili daim diqqət mərkəzində saxlanılacaq və əsas hədəf kimi hər zaman müştəri məmnuniyyəti təmin ediləcəkdir.
TIR və konteylərin Qazaxıstan və Türkmənistan və ya əks istiqamətə aşırılması, o cümlədən broker xidməti və sənədləşmə
Gürcüstana daxil olan TIR-lar üçün T1 sənədinin alınması
Azərbaycan üzərindən dəmir yolu, dəniz nəqliyyatı və TIR-la tranzit daşınan yüklərə tranzit bəyannamələrin hazırlanması
İdxal, ixrac və tranzit daşınan iriqabaritli və ağırçəkili yüklər üçün xüsusi icazə sənədinin alınması
Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri üçün sərhəd siğortasının alınması
İdxal yükləri üzrə bütün gömrük sənədlərinin hazırlanması, yüklərin rəsmiləşdirilməsi və broker xidməti
Rusiya ərazisinə daxil olan TIR-lar üçün sərhəd siğortası, platon və elektronikanın hazırlanması
Qazaxıstana daxil olan TIR-lar üçün sərhəd siğortası, elektronika və xüsusi icazə sənədinin alınması, o cümlədən Kurik limanında broker xidməti